Əfqanıstandakı “Taliban” hərəkatı Rusiya Federasiyasına qarşı çox müsbət münasibət nümayiş etdirir.
Bunu TASS-a açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, “Taliban” Rusiya ilə ticarət etməyə hazırdır ki, bu da Moskvanın “Böyük Avrasiya” vizyonu ilə uzlaşır.
Bir gün əvvəl Əfqanıstandakı Rusiya biznes mərkəzinin rəhbəri Rüstəm Həbibullin Moskva və Kabilin Overçukun əmirliyə səfəri zamanı ticarət və iqtisadi əməkdaşlıq üzrə böyük hökumətlərarası saziş imzalamağı planlaşdırdıqlarını açıqlamışdı.
Baş nazirin müavini qeyd edib ki, “Taliban” regionda sabitliyin tərəfdarıdır və Rusiya ilə ticarət etmək, oradan avtomobil, enerji, taxıl və gübrə almaq istəyir.
Overçukun sözlərinə görə, Əfqanıstanda Rusiya tibbi dərmanlarına, tibbi məhsullarına və gübrələrinə daha çox maraq var.
Siyasətçi əlavə edib ki, bundan əlavə, əfqanlar birbaşa Əfqanıstan ərazisində gübrə istehsalı zavodlarının tikilməsi imkanlarını nəzərdən keçiriblər.
Müəllif: Tural
Mənbə: publika.az