ABŞ-nin İranla bağlı BU TƏLƏBİ narazılıq yaratdı - 3 ölkə Vaşinqtona QARŞI ÇIXDI

ABŞ-nin İranla bağlı BU TƏLƏBİ narazılıq yaratdı - 3 ölkə Vaşinqtona QARŞI ÇIXDI

Türkiyə, İraq və Pakistan ABŞ-nin İranla sərhəd keçid məntəqələrinin bağlanması barədə tələbinə tam əməl etmirlər.

Musavat.com xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, bu ölkələr İranla ticarətin məhdudlaşdırılmasının öz iqtisadiyyatlarına və daxili təhlükəsizliklərinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.

Son bir neçə həftə ərzində ABŞ rəsmiləri İranın qonşu ölkələrini sərhəd keçidlərini bağlamağa razı salmağa çalışsalar da, hələlik buna nail ola bilməyiblər.

Belə ki, Türkiyə sərhəd siyasətində dəyişiklik etməkdən əsasən çəkinib. İraq isə Vaşinqtonun iki məntəqə istisna olmaqla, İranla bütün sərhəd keçidlərini bağlamaq tələbini rədd edib. Pakistan isə son həftələrdə sərhəd keçidlərinin bir qismini vaxtaşırı açıb-bağlayıb.

Həmçinin, ABŞ ordusunun bu proseslə bağlı “Dəmir Qapı” ("Iron Gate") adlı xüsusi işçi qrupu yaratdığı bildirilir.

Mənbə: musavat.com