Əbu-Dabidə üçtərəfli danışıqların ilk günü başa çatıb

Əbu-Dabidə üçtərəfli danışıqların ilk günü başa çatıb

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar noyabrın 11-də davam etdiriləcək.

Ukrayna münaqişəsinin nizamlanması prinsiplərinin müzakirəsi məqsədilə bu gün başlayan danışıqlar isə başa çatıb.

Görüşdə, həmçinin Rusiya ilə NATO arasındakı münasibətlər müzakirə olunub.

Üçtərəfli danışıqların əsas məqsədi Rusiya-Ukrayna müharibəsinin dayandırılması, atəşkəs imkanlarının müzakirəsi və münaqişənin siyasi yolla həlli istiqamətində razılığa gəlməkdir.

Bizim.Media

Mənbə: bizim.media