Trampın cənnət arzusu - Siyasi düşmənlərinə güzəşt etmədi

Trampın cənnət arzusu -

ABŞ prezidenti Donald Tramp öləndən sonra cənnətə düşəcəyinə ümid olduğunu bildirib. O, özünü dindar insan hesab etdiyini deyib.

Tramp bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.

“Ümid edirəm. Cəhənnəmə düşmək istəmirəm”, – deyə ABŞ lideri cənnətə düşəcəyinə ümid edib-etmədiyi ilə bağlı suala cavab verib.

Müsahibə zamanı jurnalist Trampa mühafizəkar fəal Çarli Kirkin xatirəsinə həsr olunmuş mərasimdəki çıxışını xatırladıb. Həmin vaxt ABŞ prezidenti siyasi rəqiblərinə qarşı nifrət hissi keçirdiyini və onlara yaxşılıq arzulamadığını bəyan etmişdi.

Jurnalist Ağ Ev rəhbərindən cənnətə düşmək üçün zəruri şərt olacağı təqdirdə siyasi rəqiblərini bağışlaya bilib-bilməyəcəyini soruşub. Tramp isə belə bir addım atmayacağını bildirib və bunun qeyri-səmimi olacağını izah edib.

ABŞ lideri rəqiblərini ölkəyə ciddi zərər vurmuş vicdansız insanlar adlandırıb. O, ABŞ-a sevgisinin siyasi rəqiblərinə qarşı mümkün xoş münasibətdən qat-qat güclü olduğunu vurğulayıb.

Valeh

Mənbə: publika.az