Həcc ziyarəti üzrə kvotanın neçə faizi tamamlanıb? – QMİ-dən açıqlama

Həcc ziyarəti üzrə kvotanın neçə faizi tamamlanıb? –

Həcc ziyarəti üzrə kvotanın dörddə biri artıq tamamlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hazırda 25 faizdən artıq tamamlanıb.

Qeyd edək ki, QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Fəridə

Mənbə: bizim.media