ABŞ səfirliyi 3 gün işləməyəcək

ABŞ səfirliyi 3 gün işləməyəcək

ABŞ-nin Bakıdakı səfirliyi 9 və 10 noyabr tarixlərində Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü, 11 noyabr tarixində isə ABŞ-də qeyd olunan Veteranlar Günü münasibətilə işləməyəcək.

Bu barədə Publika.az-a səfirlikdən məlumat verilib.

Bildirilib ki, səfirlik 12 noyabr, cümə axşamı günündən etibarən fəaliyyətini bərpa edəcək.

Mənbə: publika.az