Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşdü

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşdü

Litva xarici işlər naziri Kestutis Budris Vilnüsdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.

Bu barədə Kestutis Budris sosial media hesabında paylaşım edib.

"Litva ilə Azərbaycan enerji, ticarət, xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl irəliləyiş əldə edir",- o bildirib.

Mənbə: publika.az