“Milli Birlik” partiyasının lideri Marin Le Pen Fransa Prezidenti Emmanuel Makronun səlahiyyət müddətinin sonunun acınacaqlı olduğunu bildirib.
Fransa mətbuatına istinadla xəbər verilir ki, Le Pen bildirb:
"Emmanuel Makron büdcənin rədd edilməsi də daxil olmaqla, bütün mümkün rekordları qırmış kimi görünür: bir nəfər də olsun, hətta öz parlament üzvləri belə, ona səs verməyib. Bütün bunlar onun hakimiyyətinin sonunun, açığı, olduqca acınacaqlı olduğunu göstərir".
Bir gün əvvəl Fransa Milli Assambleyası büdcə layihəsini birinci oxunuşda rədd edib. Parlament üzvləri arasında geniş fikir ayrılığı fonunda 458 siyasətçi onun əleyhinə səs verib.
Daha əvvəl bildirilirdi ki, Fransanın 2027-ci il büdcə layihəsində Makronun prezidentlik müddəti bitdikdən sonra onun ofisinə 2,3 milyon avro ayrılması nəzərdə tutulub.
Fransada prezident seçkiləri 18 aprel 2027-ci ildə, zərurət yaranarsa, ikinci tur isə 2 mayda keçiriləcək. Hazırkı prezident Makron ardıcıl iki müddət prezident vəzifəsində çalışdığı üçün seçkilərdə iştirak etməyəcək.
Müəllif: Tural
Mənbə: publika.az