İl yarım ərzində cəmi 16 nəfər ölən ailə üzvlərinin orqanlarını bağışlamağa razılıq verib – Rəsmi

İl yarım ərzində cəmi 16 nəfər ölən ailə üzvlərinin orqanlarını bağışlamağa razılıq verib –

“Ötən ilin fevralından bu günədək 16 ailə yaxınlarının ölümündən sonra orqanlarının bağışlanmasına razılıq verib”.

Bu barədə Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyinin maarifləndirici seminarında məlumat verib.

O qeyd edib ki, həmin donorlar vasitəsilə 85 orqan köçürülüb. Onlardan dördü ürək transplantasiyasıdır.

Y.Abbasova diqqətə çatdırıb ki, hazırda 1500 Azərbaycan vətəndaşı orqan transplantasiyası üzrə gözləmə siyahısındadır.

Mənbə: bizim.media