Rusiya ilə müharibə başlasa, çox qısa çəkəcək - Lavrovdan Avropaya

Rusiya ilə müharibə başlasa, çox qısa çəkəcək -

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropaya qarşı sərt bəyanatla çıxış edib.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, Lavrov bildirib ki, Avropa Rusiyaya qarşı hərbi münaqişəyə başlayarsa, Moskvanın cavabı qısa olacaq.

“Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, biz Avropa ilə müharibə istəmirik və belə bir müharibə planlaşdırmırıq. Lakin Avropa hədələdiyi kimi müharibəyə hazırlaşarsa və onu başladarsa, Rusiya buna hazırdır. Ancaq bu müharibə fərqli və çox qısa olacaq”, - deyə Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, hazırda Rusiya Avropa ilə real dialoq perspektivi görmür. Onun sözlərinə görə, Qərb çoxqütblü dünya nizamına doğru gedən obyektiv tarixi tendensiyaya qarşı çıxır.

Müəllif: Adəm

Mənbə: publika.az