Fransada kütləvi etirazlar böyüyür - 700 minə yaxın insan küçələrə çıxacaq

Fransada kütləvi etirazlar böyüyür -

Fransada beş həmkarlar ittifaqının çağırışı ilə bu gün üçün ölkə üzrə 250-dən çox aksiya planlaşdırılıb.

Bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, aksiyalarda 500-700 min nəfərin iştirakı gözlənilir. Fransa daxili işlər naziri Loran Nunyes aksiyalar zamanı asayişin qorunması üçün 70 min polis əməkdaşının səfərbər edildiyini açıqlayıb. O, mümkün zorakılıq hallarına qarşı son dərəcə sərt tədbirlər görüləcəyini bildirib.

Həmkarlar ittifaqları işçiləri, pensiyaçıları və gəncləri hökumətə təzyiqi artırmaq məqsədilə etirazlara qoşulmağa çağırıb. Onların əsas tələblərindən biri hazırda saatı 12,31 avro olan minimum əməkhaqqının artırılmasıdır.

Müəllif: Roza

Mənbə: publika.az