Braziliyada seçki DRAMI: Lula da Silva ikinci turda qalib gəldi, müxalifət nəticələri RƏDD EDİR

Braziliyada seçki DRAMI: Lula da Silva ikinci turda qalib gəldi, müxalifət nəticələri RƏDD EDİR

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda fəaliyyətdə olan dövlət başçısı Luiz İnasio Lula da Silva qalib gəlib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Məhkəməsi (TSE) rəsmi məlumat yayıb. Bu, Braziliya tarixində ilk turda məğlub olan namizədin ikinci turda qələbə qazanması ilə nəticələnən ilk belə hal kimi tarixə düşüb. Səslərin 100%-i hesablandıqdan sonra Lula da Silva 51,79% səs toplayaraq qalib elan edilib.

Onun əsas rəqibi, sağçı siyasətçi Flavio Bolsonaro isə 48,21% səs yığa bilib. İki namizəd arasındakı fərq 4,42 milyon səsdən çox olub.

Buna baxmayaraq, müxalifət lideri Flavio Bolsonaro ikinci turdakı məğlubiyyətini etiraf etmədiyini və səsvermənin nəticələrini tanımadığını bəyan edib. O, ölkədə təkrar prezident seçkilərinin keçirilməsini tələb edir.

Musavat.com

Mənbə: musavat.com