Tramp Orbanı BMT-nin Baş katibi vəzifəsinə irəli sürüb

Tramp Orbanı BMT-nin Baş katibi vəzifəsinə irəli sürüb

ABŞ prezident administrasiyası Rusiya və Çinin dəstəyinə güvənərək Macarıstanın keçmiş baş naziri Viktor Orbanı BMT-nin baş katibi vəzifəsinə irəli sürür.

Bu barədə "Unikal" "The Wall Street Journal" və "The Jerusalem Post" qəzetlərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Amerika rəsmiləri artıq Orbana təkliflə müraciət ediblər. O, maraq göstərsə də, Baş katib vəzifəsi uğrunda yarışda iştirak etmək barədə yekun qərar verməyib.

Vaşinqton hesab edir ki, Moskva və Pekinlə əvvəlki əlaqələr onların Rusiyayönlü siyasətçinin namizədliyini dəstəkləyəcəyinə ümid etməyə əsas verir. Beləliklə, Orban BMT Təhlükəsizlik Şurasının üç daimi üzvündən birgə namizəd ola bilər.


Mənbə: unikal.az