İsraildə İran GƏRGİNLİYİ: Baş Qərargah rəisi Netanyahunun əmrini icra etməkdən İMTİNA ETDİ

İsraildə İran GƏRGİNLİYİ: Baş Qərargah rəisi Netanyahunun əmrini icra etməkdən İMTİNA ETDİ

İsrail Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə baş nazir Benyamin Netanyahu arasında fikir ayrılıqları daha da artıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "12-ci kanalı" məlumat yayıb.

Kəskin münaqişənin mərkəzində İran ətrafında yaranmış kritik vəziyyət dayanır. Baş Qərargah rəisi seçki ərəfəsində siyasi rəhbərliyin verdiyi qərarların "ciddi səhv hesablamaya" və böyük eskalasiyaya yol açacağından ehtiyat edir.

Mənbənin verdiyi məlumata görə, söhbət belə həssas və dramatik bir məqamda İranla ildırım sürətli müharibəyə və fəlakətli yanlış hesablamalara gətirib çıxara biləcək riskli bir addımdan gedir.

İsrailin hərbi elitası siyasi rəhbərliyin İran kartından seçkiqabağı dividendlər toplamaq üçün istifadə etdiyini iddia edir.

Netanyahu cəbhəsi isə bu iddiaları qətiyyətlə rədd edərək "açıq-aşkar yalan" adlandırır.

Tərəflər arasında gərginlik pik həddə çatıb. Belə ki, "Palmahim" aviabazasına səfər zamanı tərəflər arasında müzakirələr son dərəcə ağır və gərgin atmosferdə keçib.

Məlumata görə, son günlər siyasi rəhbərlik Zamirə İranla bağlı xüsusi tapşırıq verib. Lakin Baş Qərargah rəisi bu əmrin dərhal icrasından imtina edərək, məsələnin öncədən ayrı-ayrılıqda ətraflı təhlil edilməsini tələb edib. O, həmçinin qərarın bütün hüquqi məsuliyyətinin siyasi rəhbərliyin üzərinə düşməsi üçün sənədin rəsmi imzalarla təsdiqlənməsində təkid edib.

Musavat.com

Mənbə: musavat.com