“Mossad” agentlərinin bəziləri hələ də Tehranda yaşayır?

“Mossad” agentlərinin bəziləri hələ də Tehranda yaşayır?

İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın keçmiş rəhbəri David Barnea İranla 12 günlük müharibənin əvvəlində agentlərin fəaliyyətini əks etdirən videonun qəsdən yayımlandığını bildirib.

Barneanın sözlərinə görə, məqsəd İranda kütləvi həbslərə nail olmaqla həqiqi İsrail agentlərinin müəyyən edilməsini çətinləşdirmək olub.

O bildirib ki, münaqişənin ikinci günü İran hüquq-mühafizə orqanları 21 min nəfəri saxlayıb və sonradan hamısını azad edib.

Barnea həmçinin “Mossad” agentlərinin əksəriyyətinin ifşa olunmadığını və onların bəzilərinin hələ də Tehranda yaşadığını qeyd edib.

Mənbə: bizim.media