İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qüvvələri İranın cənubundakı Hörmüzqan əyalətində hökumət əleyhinə fəaliyyət göstərən "Iran International" telekanalı ilə əməkdaşlıq edən bir qrup media agentini saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad Iran" məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər düşmən raketlərinin düşdüyü ərazilərin foto və videoçəkilişlərini aparıblar.
Bildirilir ki, həmin şəxslər İran Silahlı Qüvvələrinin bölmələrinin mövqelərini və dislokasiya yerlərini qeydə alaraq toplanmış materialları sözügedən telekanala ötürməkdə ittiham olunurlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Musavat.com
Mənbə: musavat.com