Bolqarlar bu gün yeni prezidentlərini seçirlər: 27 namizəd var

Bolqarlar bu gün yeni prezidentlərini seçirlər: 27 namizəd var

Bolqarıstanda prezident postu uğrunda 27 namizədin mübarizə apardığı seçkilərə start verilib.

Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00-da) açılıb.

Səsvermə üçün 12 mindən çox seçki məntəqəsi yaradılıb. Təxminən 6,6 milyon seçicinin səsvermə hüququ var. Xaricdə yaşayan bolqarlar da daxil olmaqla, 60 ölkədə səsvermə keçirilir.

Seçki məntəqələri yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) bağlanacaq. Rəsmi nəticələrin oktyabrın 27-də açıqlanması planlaşdırılır.

Bolqarıstanda prezident ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir və ardıcıl olaraq ən çoxu iki müddət vəzifədə qala bilər. Seçicilər eyni zamanda vitse-prezidenti də seçirlər.

Mənbə: publika.az