Finlandiyada Ukrayna ilə bağlı gizli görüşün keçirilməsi planlaşdırılıb

Finlandiyada Ukrayna ilə bağlı gizli görüşün keçirilməsi planlaşdırılıb
Finlandiyada ABŞ diplomatları ilə Ukrayna nümayəndə heyəti arasında yay aylarında keçirilməsi nəzərdə tutulan məxfi görüş son anda ləğv edilib.
Bu barədə Finlandiyanın "Ilta-Sanomat” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, görüşdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin iştirakı gözlənilirdi.
Görüşün ABŞ-lə İran arasında münaqişənin kəskinləşməsi səbəbindən son anda ləğv edildiyi bildirilir.
///teleqraf///

Mənbə: azxeber.com