İran Prezidenti Məsud Pezeşkiyan ABŞ-ı iki ölkə arasında aparılan müvəqqəti anlaşma prosesini pozmaqda ittiham edib.
Pezeşkiyan İran dövlət televiziyasında yayımlanan çıxışında tərəflər danışıqlar apararkən prosesin qarşısının alındığını bildirib.
O, buna baxmayaraq, İran və ABŞ-ın yenidən danışıqlar masasına qayıdaraq razılaşmanı tamamlamalı olduğunu deyib.
İran lideri danışıqların pozulmasına görə Vaşinqtonu məsul tutsa da, razılaşmanın əldə olunması üçün yeni cəhdlərin edilməsinin vacibliyini vurğulayıb.
Mənbə: bizim.media