Türkmənistanın Türkmənbaşı şəhərində Ermənistan Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Görüşdə tərəflər intensiv yüksək səviyyəli ikitərəfli əlaqələrin vacibliyini vurğulayaraq, bu görüşlərin İrəvanla Tehran arasında münasibətlərin inkişafına və genişlənməsinə töhfə verdiyini qeyd ediblər.
Paşinyan iki ölkənin zəngin əməkdaşlıq gündəliyinə malik olduğunu və İran şirkətlərinin Ermənistanda həyata keçirilən strateji layihələrdə iştirak etdiyini vurğulayıb.
Tərəflər Ermənistan-İran münasibətlərinin yaxın gələcəkdə yeni səviyyəyə çatacağına əminliklərini bildiriblər. Həmçinin yaxın gələcək üçün planlaşdırılan yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd ediblər.
Mənbə: olke.az