Çexiya Respublikası Azərbaycanı mühüm strateji tərəfdaş hesab edir.
Bu sözləri Çexiyanın nəqliyyat naziri İvan Bednarik Azərbaycan-Çexiya biznes forumunda deyib.
Nazir bildirib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrimizin artıq möhkəm təməli var və nəqliyyat əməkdaşlığımızı daha da irəliyə aparmaq üçün ən böyük potensiala malik sahələrdən biridir: “Əlaqə təkcə infrastrukturdan ibarət deyil, o, bazarları bir-birinə yaxınlaşdırmaq, dayanıqlı təchizat zəncirlərini gücləndirmək və biznes, vətəndaşlar, nəhayət hər iki ölkənin vətəndaşları üçün yeni imkanlar yaratmaq deməkdir. Azərbaycan Avropanı Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarla birləşdirməkdə mərkəzi rola malikdir. Çexiya şirkətləri töhfə verməyə hazırdır. Onlar dəmir yolu nəqliyyat vasitələri, siqnal və telekommunikasiya, ağıllı nəqliyyat sistemi, şəhər hərəkətliliyi və telekommunikasiya sahələrində sübut edilmiş həllər təklif edirlər. Biz xüsusilə Bakının ictimai nəqliyyatının, o cümlədən metro və tramvay sistemlərinin modernləşdirilməsində, Orta Dəhlizin və Ələt logistika mərkəzininin daha da inkişafında və aviasiya sahəsində əməkdaşlıqda güclü imkanlar görürük. Çexiya sənayesi təkcə avadanlıq təchiz etməyə deyil, həm də yerli təcrübəyə, peşəkar təlimə və layihənin həyat dövrü ərzində uyğun həllərə əsaslanan əsl tərəfdaşlıq qurmağa hazırdır"./Azərtac
Mənbə: pravda.az