İran Trampın təklifini rədd etdi: Bütün planlar alt-üst oldu

İran Trampın təklifini rədd etdi: Bütün planlar alt-üst oldu
ABŞ və İran arasındakı diplomatik danışıqlar tərəflərin prosesə prinsipial olaraq fərqli yanaşması səbəbindən dalana dirənib.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Tramp sürətli və səs-küylü bir razılaşmaya can atdığı halda, Tehran daha ləng, vasitəçilər vasitəsilə aparılan danışıqlara və daha məhdud çərçivəli sazişlərə üstünlük verir.
Hər iki tərəfin bir-birini əvvəlki öhdəlikləri pozmaqda ittiham etməsi dərin etimadsızlığı daha da kəskinləşdirib.
Eyni zamanda, daxili siyasi təzyiqlər hər iki tərəfi daha sərt mövqe tutmağa sövq edir.
Tramp isə İranla uzunmüddətli saziş bağlamaq imkanına getdikcə daha şübhə ilə yanaşır.
///musavat.com///

Mənbə: azxeber.com