Qərb diplomatik missiyaları Kiyevdən mümkün köçürülməyə hazırlaşır - KİV

Qərb diplomatik missiyaları Kiyevdən mümkün köçürülməyə hazırlaşır - KİV

Qərb ölkələri təhlükəsizlik vəziyyətinin daha da pisləşəcəyi təqdirdə səfirliklərini Kiyevdən köçürmək üçün ehtiyat planlar hazırlayıblar.

Bu haqda “The Guardian” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, diplomatik missiyalar Lvova və ya Polşanın şərq hissəsinə köçürülə bilər. Adının açıqlanmasını istəməyən diplomatlardan biri “Vəziyyət açıq-aydın sürətlə pisləşir” deyib.

Nəşr həmçinin Kiyev meri Vitali Kliçkonun şəhərdəki vəziyyətin “Çox gərgin” olması barədə sözlərinə də yer verib.

Mənbə: qafqazinfo.az