ABŞ prezidenti Donald Tramp Vaşinqtonda bəzi ağcaqanad növlərinin sayının 2028-ci ilədək 90 faiz azaldılmasını tapşırıb.
Bu barədə Trampın imzaladığı sərəncamda qeyd olunub.
Sərəncama əsasən, ABŞ-ın daxili işlər, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi üzrə agentliyinin rəhbərləri sənədin imzalanmasından sonra 60 gün ərzində paytaxtda müvafiq strategiya hazırlamalı və həyata keçirməlidirlər.
Strategiyanın əsas hədəfləri arasında Asiya pələng ağcaqanadı, sarı qızdırma ağcaqanadı və digər invaziv növlərin populyasiyasının 2028-ci ilə qədər 90 faiz azaldılması var.
Bundan başqa, Tramp Vaşinqtonda gənələrin sayının 50 faiz azaldılmasını da tapşırıb.
Sərəncamda proqram çərçivəsində kimyəvi vasitələrlə yanaşı, biotexnologiyalar da daxil olmaqla qeyri-kimyəvi üsullardan istifadə olunmasının nəzərdə tutulduğu bildirilir.
Mənbə: publika.az