Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) 27 Sentyabr – Anım Günü ilə əlaqədar "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Qəhrəman Azərbaycan ordusunun Qarabağdakı işğal olunmuş torpaqlarını azad etmək üçün başladığı və qələbə ilə başa vurduğu şanlı mübarizənin ildönümündə qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam və xoşbəxt ömür diləyirik".
Mənbə: publika.az