Ərdoğan çıxış etdi: O isə hönkür-hönkür ağladı - VİDEO

Ərdoğan çıxış etdi: O isə hönkür-hönkür ağladı -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında səsləndirdiyi şeir ölkənin sabiq Baş naziri Binali Yıldırımı kövrəldib.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.

Türkiyə lideri çıxışı zamanı Qəzzadakı vəziyyətlə bağlı danışıb. Ərdoğan çıxışının sonunda türk şairi Sezai Karakoçun "Onlar elə bilirlər ki..." şeirindən parçalar səsləndirib.

Şeirin oxunması zamanı zalda əyləşən Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım göz yaşlarını saxlaya bilməyib.

Həmin kadrları təqdim edirik:

Mənbə: bizim.media