Makron növbəti prezident seçkilərində namizəd ola bilər

Makron növbəti prezident seçkilərində namizəd ola bilər

Fransa Prezidenti Emmanuel Makron 2027-ci ilin mayında prezidentlik müddətinin başa çatacağını təsdiqləyib və gələcəkdə yenidən prezidentliyə namizədliyini istisna etməyib.

Makron bu barədə ABŞ-nin “Variety” jurnalına müsahibəsində danışıb.
“Açığını deyim, Konstitusiyamıza görə, iki ardıcıl müddətə prezident seçilmək hüququnuz var. Buna görə də gələn ilin mayında müddətimi başa çatdıracağam və Fransa xalqı başqa birini seçəcək”, - Makron qeyd edib.
O, daha sonra gələcəkdə prezidentliyə qayıtma ehtimalı ilə bağlı suala cavabında bunu istisna etməyib.
“Baxarıq. Həyat bəzən gözlənilməz sürprizlərlə doludur, hətta filmlərdən də çox”, - Fransa Prezidenti bildirib.

Mənbə: www.bakupost.az