1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, saziş ölkənin enerji potensialından səmərəli istifadəyə, xarici tərəfdaşlarla əməkdaşlığın və investisiya imkanlarının genişlənməsinə mühüm təkan verib.
"Bu tarixi qərarın müəllifi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun şəkildə davam etdirilir", — deyə M.Cabbarov qeyd edib.
Mənbə: publika.az