Almaniyanın sürətlə silahlanması Avropanı narahat edir

Almaniyanın sürətlə silahlanması Avropanı narahat edir
Almaniyanın hərbi xərclərini kəskin şəkildə artırması Avropadakı qüvvələr balansını dəyişir.
Bu barədə "The Wall Street Journal” nəşri yazıb.
Məlumata görə, Almaniyanın hərbi potensialını gücləndirməsi və Avropanın müdafiəsində artan rolu bəzi müttəfiqləri arasında narahatlıq doğurub.
Xüsusilə Polşa və Fransada Berlinin güclənməsinin mümkün nəticələri ilə bağlı ehtiyatlı yanaşma mövcuddur.

Mənbə: azxeber.com