Onlar bir-birlərinə nifrət edirlər – Trampdan Ukrayna müharibəsi ilə bağlı yeni vəd

Onlar bir-birlərinə nifrət edirlər – Trampdan Ukrayna müharibəsi ilə bağlı yeni vəd

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sona çatması üçün vaxt qrafiki ilə bağlı yeni bir açıqlama verib.

Tramp döyüşlərin ABŞ-da dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu qeyd edib və tezliklə sülh yolu ilə münaqişənin həllinin tapılacağına söz verib.

“Rusiya ilə Ukrayna arasında bir razılaşma əldə etmək üçün çox çalışırıq. Bilirsiniz, mən səkkiz müharibəyə son qoymuşam. Ən çətini isə Rusiya ilə Ukrayna arasındadır, çünki liderlər bir-birinə nifrət edirlər”, - Tramp deyib

Amerika lideri ABŞ-da dizel yanacağının qiymətlərinin artması problemini xüsusi olaraq vurğulayıb. "Bu, tezliklə başa çatacaq", - deyə Tramp əmin edib.

Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, sentyabr ayında ABŞ-da dizel yanacağının orta qiyməti rekord həddə - qallon üçün 5,94 dollara yüksəlib.

Müəllif: Tural

Mənbə: publika.az