DSK-lar yenidən formalaşdırılır

DSK-lar yenidən formalaşdırılır

Respublika üzrə dairə seçki komissiyalarının (DSK) tərkibi yenidən formalaşdırılır.

Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün komissiya iclası keçirilir.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

Nuranə Daxilqızı

Mənbə: qafqazinfo.az