Gürcüstan xüsusi xidmət orqanının rəhbəri istefa verdi

Gürcüstan xüsusi xidmət orqanının rəhbəri istefa verdi

Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsindən istefa verib.

Bu barədə Geladzenin qurumun saytında dərc olunan bəyanatında bildirilib.

O qeyd edib ki, qərar siyasi komanda ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Geka Geladze fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini açıqlayıb.

Geladze “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə göstərdikləri etimada görə təşəkkür edib.

Mənbə: bizim.media