Trampdan İran bəyanatı - Qərarından peşman deyil

Trampdan İran bəyanatı - Qərarından peşman deyil

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başladılması ilə bağlı qərarından heç bir təəssüf hissi keçirmədiyini bildirib.

O bu barədə “Fox News” telekanalına müsahibəsində məlumat verib.

Ağ Ev rəhbəri bu addımından peşman olub-olmaması ilə bağlı suala qətiyyətlə “Xeyr” cavabını verərək peşmanlıq sözünə inanmadığını vurğulayıb.

ABŞ lideri əlavə edib ki, İslam Respublikasına zərbələr endirmək qərarını yenidən verməli olsaydı, dəqiq eyni şəkildə davranardı.

Mənbə: qafqazinfo.az