Avropanın bu ölkəsində hər bir miqranta 37 min dollar verilir, əgər...

Avropanın bu ölkəsində hər bir miqranta 37 min dollar verilir, əgər...

İsveç bəzi miqrantlara könüllü olaraq ölkəni tərk etmələri üçün 350.000 kron - təxminən 37.000 dollar təklif edir.

“Reuters”in məlumatına görə, proqram Avropa Birliyi xaricindəki ölkələrdən olan yaşayış icazəsi sahiblərinə şamil edilir və ölkənin immiqrasiya siyasətinin kəskin şəkildə sərtləşdirilməsinin bir hissəsidir.

Lakin təklifi çox az adam qəbul edib. İlin əvvəlindən bəri təklifi cəmi 171 nəfər qəbul edib. Hökuməti dəstəkləyən İsveç Demokratları daha da irəli gedərək, hətta vətəndaşlıq almış miqrantlara da ödənişləri genişləndirmək istəyirlər - bir şərtlə ki, onlar İsveç pasportlarından imtina etsinlər.

Son illərdə Stokholm da daimi yaşayış icazələrinin avtomatik verilməsindən imtina edib və məcburi vətəndaşlıq testlərini tətbiq edib. Miqrasiya siyasəti 13 sentyabr parlament seçkilərindən əvvəl əsas müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural

Mənbə: publika.az