CHP sədri Özgür Özəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı yönəlmiş ittihamlar və ifadələrə görə ümumilikdə 800 min lirə (təxminən 28 min manat) məbləğində mənəvi təzminat ödəyəcək.
Türkiyə mediasına istinadən xəbər verilir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın açıqlama yayıb.
Onun sözlərinə görə, Özgür Özəlin üç ayrı məhkəmə işi üzrə təzminat ödəməsi barədə qərar verilib.
Bildirilib ki, qərar bu gün keçirilən məhkəmə iclasında Ankara 44-cü Mülki İlkin İnstansiya Məhkəməsi tərəfindən qəbul edilib.
“Özgür Özəlin 13 avqust 2025-ci ildə Mərmərə Həbsxanasından çıxarkən etdiyi çıxışa görə 200 min lirə, Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən 13 avqust 2025-ci ildə İstanbulun Bayrampaşa rayonunda təşkil edilən mitinqindəki çıxışına görə 300 min lirə və 18 avqust 2025-ci ildə Aydın şəhərindəki mitinqdə etdiyi çıxışa görə 300 min lirə məbləğində mənəvi təzminat ödənilməsi qərara alınıb”, - məlumatda qeyd olunub.
Müəllif: Roza
Mənbə: publika.az