"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama


Nikol Paşinyan hakimiyyətdə qaldığı müddətcə Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi münasibətlər yumşalmayacaq.

"Unikal"a istinadla xəbər verilir ki, bunu Rusiya Dövlət Dumasının MDB Komitəsinin sədr müavini Konstantin Zatulin deyib.

Parlament üzvü vurğulayıb ki, münasibətlərin pisləşməsi İrəvanın Moskvanın əleyhdarları ilə ittifaq qurmağa çalışan kursu ilə bağlıdır: "Dövri təmaslara baxmayaraq, Paşinyan hakimiyyətdə qaldığı müddətcə münasibətlərdə heç bir yumşalma olmayacaq".
O əlavə edib ki, Rusiya “Ermənistanın şantajına” uymayacaq. Millət vəkili həmçinin hesab edir ki, Baş nazir səsvermədə uduzmaqdan qorxduğu üçün Avropa Birliyinə qoşulmaqla bağlı referendum keçirməyəcək.

Mənbə: www.bakupost.az