Putin və Tramp 1 saat telefonla danışdılar

Putin və Tramp 1 saat telefonla danışdılar

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

Onun sözlərinə görə, telefon danışığı təxminən 1 saat davam edib.

Putin və Tramp ABŞ-nin xüsusi nümayəndələrinin səfərinin nəticələrini müsbət qiymətləndiriblər. Putin telefon danışığı zamanı Rusiyanın Avropaya qarşı heç bir düşmənçilik planının olmadığını qeyd edib.

Mənbə: bizim.media