Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli ümumtəhsil məktəblərinə 2026-2027-ci tədris ili üçün dərsliklər göndərib.
18 adda 22 050 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.
Vəsaitlər I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərindən ibarətdir.
Təhvil-təslim prosesi Elm və Təhsil Nazirliyinin, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin nümayəndələrinin, Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir Fuad Çıraqovun iştirakı ilə baş tutub.
Dərs vəsaitlərinin azərbaycandilli məktəblərə yeni tədris ilinin başlanmasına qədər paylanılması nəzərdə tutulub. (Apa.az)
Mənbə: bizim.media