"Tramp təkcə müharibəni bitirmək deyil, həm də Ukraynada uzunmüddətli sülh şəraitini yaratmaq istəyir".
Bunu ABŞ prezidentinin kürəkəni və xüsusi elçisi Cared Kuşner prezident Volodimir Zelenski ilə görüşdə deyib.
O, gələcək razılaşmaların yeni müharibəni istisna etməli və Ukraynaya illər boyu nümayiş etdirdiyi güc ilə ixtiraçılığı ölkənin inkişafına yönəltməyə imkan verməli olduğunu bildirib.
ABŞ liderinin digər xüsusi elçisi Stiv Uitkof isə baş tutmuş söhbəti "çox məzmunlu" adlandırıb.
Uitkof vurğulayıb:
"Biz ruhlanmışıq və lazım olduğu qədər – daha çox çalışamağa hazırıq".
Mənbə: bizim.media