Zelenski Trampın elçilərinə "Kiyev rejimi" yazılmış köynəklər hədiyyə etdi - VİDEO

Zelenski Trampın elçilərinə "Kiyev rejimi" yazılmış köynəklər hədiyyə etdi -

Trampın xüsusi elçiləri - Uitkof və Kuşner Kiyevdəki danışıqlardan sonra ilk açıqlamalarını veriblər, Zelenski isə onlara "Kiyev rejimi" yazılmış köynəklər hədiyyə edib

Amerikalı nümayəndələrə həmin ifadənin mənas izah olunub.

Stiv Uitkof danışıqların "çox məzmunlu və vacib" olduğunu, ABŞ nümayəndə heyətinin isə görüşün nəticələrindən "çox ruhlandığını" bəyan edib.

Cared Kuşner Donald Trampın salamlarını çatdırıb və ABŞ-nin təkcə müharibəni bitirməyi deyil, həm də Ukraynada uzunmüddətli sülhü təmin etməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.


Mənbə: bizim.media