Badenokun hesablamalarına görə, hərbi büdcənin artırılması məqsədinə nail olmaq üçün hər il əlavə olaraq təxminən 10 milyard funt sterlinq (təxminən 13.5 milyard dollar) tapmaq lazımdır. Təklif olunan maliyyə mənbələrindən biri mənzil müavinətlərinin islahatı olub. Bundan əlavə, siyasətçi əlilliyi olan insanların "Motability" proqramı çərçivəsində əldə etdikləri avtomobillərə ƏDV-dən azad edilmənin ləğvini təklif edir.
Kemi Badenok vurğulayıb ki, bu tədbirlər Böyük Britaniyaya ölkənin təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Xatırladaq ki, iyunun sonunda Britaniyanın Müdafiə Nazirliyi növbəti dörd il üçün müdafiə büdcəsi planını açıqlayıb. Sənəddə hərbi-sənaye kompleksinin müxtəlif sektorlarının inkişafına təxminən 300 milyard funt sterlinq (təxminən 405.6 milyard dollar) ayrılır.
Mənbə: oxu.az