ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden növbəti dəfə medianın gündəminə gəlib.
"New York Post"a istinadən xəbər verilir ki, bu dəfə o, ölkənin ən yüksək vəzifəsinə namizədliyini irəli sürə biləcəyini gizlətməyib. Hanter jurnalist Con Ketsimatidisə müsahibəsində qeyd edib ki, seçkilərə qatılmaqla asılılıqdan əziyyət çəkən (Zərərli vərdişlər və ya narkotik asılılığından əziyyət çəkənlər-red.) insanların maraqlarını təmsil edə bilər.
"Əgər sizdən dəstək görsəm, seçkilərdə iştirake də, namizədliyini irəli sürə bilərəm", - deyə kiçik Bayden siyasi ambisiyaları ilə bağlı sualı cavablandırarkən bildirib.
Keçmişdə narkotik asılılığından əziyyət çəkdiyini açıq şəkildə etiraf edən ABŞ-ın keçmiş liderinin oğlu potensial tərəfdarlarını da açıqlayıb. O, hələ də asılılıqdan əziyyət çəkən 50 milyon amerikalıdan narahat olduğunu etiraf edib.
Mənbə: publika.az