Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı

Parisdə keçiriləcək sammit başlamamışdan "Makronun ən pis tədbiri" adlandırıldı

Parisdə planlaşdırılan qarşıdakı kosmik sammitin Fransa Prezidenti Emmanuel Makronun təşkilatçılığı ilə keçirilən ən uğursuz tədbir olacağı artıq qəbul edilib.

Bu barədə "Politico" məlumat yayıb.

Altı iştirakçının bildirdiyinə görə, tədbir təşkilati baxımdan xaos içərisindədir. İştirakçılar gündəlikdən, qonaqların siyahısından və hətta öz qrafiklərindən xəbərsizdirlər. Fransa rəsmiləri avqustun sonlarındakı brifinq vasitəsilə vəziyyəti xilas etməyə cəhd göstərsələr də, mənbələrin sözlərinə görə, bu addım vəziyyəti daha da qeyri-müəyyən edib.

"Bu, Makronun təşkil etdiyi ən pis sammitdir", - deyə nəşr vurğulayır.

Təşkilat komitəsində təmsil olunan nüfuzlu ekspertlərdən biri etiraf edib ki, Avropanın aparıcı kosmik korporasiyaları ilə əlaqə, demək olar ki, yox səviyyəsindədir. Bundan əlavə, o bildirib ki, hətta təşkilatçıların özləri də tədbirin hansı məqsədlə keçirildiyini tam anlamırlar.

Mənbə: oxu.az