Köçəryanın həbsdən məktubu yayıldı: Hazırlaşın…

Köçəryanın həbsdən məktubu yayıldı: Hazırlaşın…

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsxanadan məktubu yayılıb.

Köçəryan məktubda Ermənistanın böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu təhlükəli vəziyyətə gəldiyini iddia edib.

“Ermənistanı son dərəcə təhlükəli avantüraya cəlb ediblər. Ölkəni böyük güclərin geosiyasi maraqlarının toqquşma mərkəzinə çeviriblər. Biz ölkəni itirə bilərik”, – o bildirib.

Köçəryan Paşinyan hakimiyyətinin sona çatdırılmasının vacib olduğunu vurğulayıb. O, əks halda Ermənistan vətəndaşlarını türk dilini öyrənməyə çağırıb.

Safura Bənnayeva

Mənbə: globalinfo.az