"Ermənistanın Rusiyanı müttəfiq kimi tanımaması ölkəmizlə əl-ələ getmək istəməməsini haqlı çıxarmaq cəhdidir".
bunu Rusiya Federasiyasının Daxili İşlərinə Müdaxilənin Qarşısının Alınması və Dövlət Suverenliyinin Qorunması üzrə Federasiya Şurasının sədri Vladimir Cabbarov deyib.
"Rusiya artıq Ermənistan hökumətinin 2026-2031-ci illər proqramında strateji müttəfiqlər arasında deyil. İrəvan bunu KTMT-nin guya 2021-23-cü illərdə Qarabağda gərginlik zamanı təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə bəraət qazandırır", - deyə o qeyd edib.
Cabbarovun sözlərinə görə, belə bir açıqlama Ermənistan iqtisadiyyatı üçün böyük itkilərlə nəticələnəcək, eləcə də Aİ ilə şübhəli əlaqələrin möhkəmlənməsini və gələcəkdə AİB-dən mümkün çıxışı haqlı çıxarmaq cəhdidir. O, bunun səhv addım olduğunu açıqlayıb.
Cabbarov özünün "Telegram" kanalında yazıb ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistan özü rəsmi olaraq Qarabağı müdafiə etməyib və bu münaqişə ilə bağlı KTMT-yə rəsmi olaraq kömək üçün müraciət etməyib. Və heç kim rəsmi müraciət olmadan müdaxilə etməyəcək.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az