Ermənistanda kilsə-hakimiyyət qarşıdurması - Spiker II Qaregini istefaya çağırdı

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması -

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan bütün ermənilərin katolikosu II Qareginlə bağlı sərt açıqlama verib.

Rubinyan parlament iclasında II Qaregini “mənim katolikosum deyil” deyərək istefaya çağırıb. O bildirib ki, növbəti katolikos hakimiyyətin və ya “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi olmamalıdır.

“O, mənim katolikosum deyil. O, bütün ermənilərin katolikosu deyil”, - deyə Rubinyan bildirib.

Parlament spikeri növbəti katolikosun hamı tərəfindən qəbul edilən şəxs olmasını istəyib. O, həmçinin kilsədə subaylıq qaydalarının dəyişdirilməsini təklif edib:

“Qoy qaydaları dəyişsinlər və subaylıq andından imtinanı rəsmiləşdirsinlər. Qoy onların uşaqları olsun”.

Rubinyanın bu sözləri Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasındakı gərginliyin fonunda səslənib.

Müəllif: Adəm

Mənbə: publika.az