Gürcüstan Baş Prokurorluğu tərəfindən, daha öncə qeyri-qanuni vəsaitlərin leqallaşdırılmasında adı hallanan keçmiş baş nazir İrakli Qaribaşviliyə qarşı korrupsiya ittihamları irəli sürülüb.
Bu barədə Gürcüstanın baş prokurorunun müavini Amiran Quluaşvili keçirdiyi brifinqdə məlumat verib.
A.Quluaşvili öz çıxışında bildirib:
"Gürcüstan Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvilini bir qrup şəxslə əvvəlcədən əlbir olaraq xüsusilə böyük miqdarda rüşvət almaqda ittiham edib".
Mənbə: oxu.az