Azad edilmiş ərazilərdə minalardan təmizlənən sahənin həcmi açıqlandı

Azad edilmiş ərazilərdə minalardan təmizlənən sahənin həcmi açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatların həftəlik statistikası açıqlanıb.

Bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

17-23 avqust tarixlərini əhatə edən hesabatda dövründə aparılan təmizləmə tədbirləri zamanı ümumilikdə 98 ədəd piyada əleyhinə mina, 41 ədəd tank əleyhinə mina və 522 ədəd digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 18 293 175 m² (1 829.3 ha) ərazi mina və partlayıcı sursatlardan tam təmizlənib.

Mənbə: publika.az