Hörmüz ABŞ-dir və nöqtə ? - İranın dar boğazda gücünün SİRRİ

Hörmüz ABŞ-dir və nöqtə ? -

ABŞ prezidenti Donald Tramp İran gəmiçiliyi və limanlarına qarşı davam edən blokada fonunda Hörmüz boğazını "ABŞ ərazisi" hesab etdiyini bildirib. “Qalib gəlib-gəlmədiyimizi belə bilmirik, ancaq indi Hörmüz boğazını ABŞ ərazisi hesab edirəm” – deyə Tramp bildirib.

Tramp Hörmüz boğazı üzrə birgə İran-ABŞ müəssisəsi yaradır... -  Baki-Xeber.com

Tramp bildirib ki, ABŞ-ın İrana iqtisadi təzyiqi artırmaq planları hərbi əməliyyatların bərpasından imtina etmək demək deyil. Ağ Ev lideri daha əvvəl də Qrenlandiyanı, Panamanı və Kanadanı ABŞ-yə birləşdirmək həvəsində olduğunu açıqlamışdı. İndi də Hörmüz boğazını ABŞ ərazisi hesab etməsi dünya ictimaiyyətində istehza ilə qarşılanır.

Cəmi 33 km-lik keçid


Musavat.com bildirir ki, Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən, qlobal neft və qaz ixracı üçün dünyanın ən vacib strateji su yoludur. Şimalda İran, cənubda Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə əhatə olunub. Ən dar nöqtəsində eni təxminən 33 kilometr təşkil edir.

Dünyada istehlak olunan ümumi neftin təxminən beşdə biri bu boğazdan keçir. OPEC üzvləri olan Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq xam neftin böyük hissəsini əsasən Asiyaya məhz bu boğaz vasitəsilə ixrac edir. Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Qətər isə LNG-nin demək olar ki, hamısını bu boğazdan göndərir.

İranın “Əhrimən” adlandırdığı keçid Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli dəniz nəqliyyatı körpüsü rolunu oynayır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı olan Musandam yerləşir. Boğazın uzunluğu təxminən 167 km-dir. Hörmüz boğazı adını Orta əsrlərdə Hindistan və Çin arasında ticarətdə əsas əlaqə olan Hörmüz adasından götürüb. 13-cü əsrə qədər yerli liman Marko Polo və Afanasi Nikitin kimi məşhur səyyahların ziyarət etdiyi əsas ticarət mərkəzi olub. XV əsrdə ərazini ələ keçirən portuqallar iki əsr sonra, 1622-ci ildə Hörmüzü Persiaya verib. XIX və XX əsrlərdə boğaz ərazi mübahisələrinin mərkəzinə çevrilib.

Masada gərginlik: Hörmüz ABŞ-İran danışıqlarını dalana dirədi

İki çıxış yolu var

Hörmüz boğazı ilə daşınmanı azaltmaq üçün iki alternativ variant- boru kəməri mövcuddur. Birincisi, Birləşmiş Ərəb Əmirliklərindəki “Habshan-Fujairah” boru kəməridir ki, gündə təxminən 1,5 milyon barel neft ötürə bilir. İkincisi, Səudiyyə Ərəbistanın sahibi olduğu Qırmızı dəniz üzərindən keçən alternativ Şərq-Qərb Boru Kəməridir (East-West Pipeline). 1982-ci ildə istismara verilmiş bu kəmərin ötürücülük gücü gündəlik 5 milyon barreldir.
Bundan əlavə, İran Qeşm, Hörmüz, Larak, Həndqam, həmçinin BƏƏ-nin iddia etdiyi mübahisəli Əbu Musa, Böyük və Kiçik Tunb adalarına sahibdir. Artıq xeyli müddətdir ki, bir neçə adada İranın hərbi bazaları və gəmi əleyhinə raketləri yerləşir ki, bu da Tehrana boğaza, fiziki olaraq, nəzarət etmək imkanı verir.
Hörmüz boğazı formal olaraq heç kimə məxsus deyil. BMT-nin Dəniz Hüququ Konvensiyası Hörmüz boğazını beynəlxalq marşrut kimi müəyyən edib: hərbi gəmilər də daxil olmaqla, bütün gəmilərin boğazdan tranzit keçid hüququ var və sahil ölkələrinin onları bağlamaq və ya birtərəfli şəkildə gəmiləri dayandırmaq hüququ yoxdur.

Reallıqda isə məsələ daha mürəkkəbdir. Tehran 1993-cü ildə Hörmüz boğazı ilə bağlı qəbul etdiyi daxili qanunu çərçivəsində fəaliyyət göstərir. Ölkənin bu normativ aktında İranın ərazi sularında yalnız xarici gəmilərin “dinc keçidinə” icazə nəzərdə tutulur. Fövqəladə və ya hərbi təhlükə yarandıqda, Tehran boğazı bağlamaq və xarici hərbi gəmilərin keçidi üçün təsdiq tələb etmək hüququnu özündə saxlayır.

İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutunun coğrafi  parametrləri üzrə razılığa gəlib - TurkicWorld

Tehran adalara necə kontrol edir?


Halbuki 1982-ci ildə BMT Hörmüz boğazının statusunu müəyyən edən Dəniz Hüququ haqqında Konvensiya qəbul edib və bununla da boğaz açıq dənizlərin bir hissəsi (Hind okeanı) ilə digər hissəsi (Fars körfəzi) arasında naviqasiya üçün istifadə edilən beynəlxalq boğaz kimi tanınıb. Bu isə o deməkdir ki, bütün dövlətlər Hörmüz boğazından tranzit keçid hüququndan istifadə edir və sahilyanı ölkələrin (İran və Oman) bu keçidə maneə törətmək, onu məhdudlaşdırmaq və ya dayandırmaq hüququ yoxdur.

Yəni İran daxili qərarını prioritet tutaraq BMT sənədlərinə məhəl qoymur. Amma son hadisələrə qədər gəmilərə qarş hər hansı embarqo tətbiq etmirdi. Vəziyyət 28 fevral 2026-cı ildə İsrail-ABŞ hərbi qüvvələrinin İrana qarşı birgə əməliyyata başlaması ilə dəyişdi. Martın 4-də İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazına tam nəzarəti ələ keçirdiyini elan etdi. Regionda baş vermiş bu hadisə elə ilk gündən dünya iqtisadiyyatında, xüsusilə enerji bazarında fırtınaya səbəb olmaqdadır…


Hazırladı: Emil Salamoğlu

Mənbə: musavat.com