Makron bunun üçün Ukraynaya kömək edəcək - Zelenski

Makron bunun üçün Ukraynaya kömək edəcək -


Ukrayna və Fransa qabaqcıl müdafiə avadanlığı və raketlərinin tədarükünü sürətləndirmək barədə razılığa gəliblər. Paris həmçinin onların istehsalı üçün lisenziyalar verməyə və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.
Emmanuel Makronla təxminən iki saatlıq söhbətinin nəticələrindən danışan Zelenski qeyd edib ki, əsas mövzu Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacının qarşılanması olub .
Zelenski fransalı həmkarını Rusiyanın son hücumları ilə bağlı məlumatlandırıb və insan itkisi ilə bağlı başsağlığına görə ona təşəkkür edib.
Ukrayna Prezidenti vurğulayıb ki, Fransa Prezidentinin Ukraynanın "Patriot" raketləri ilə təmin edilməsi üçün əlindən gələni edəcəyinə söz verib.
Tərəflər həmçinin Ukraynanın müdafiəsinin maliyyə ehtiyaclarını müzakirə edib və ikitərəfli müdafiə müqavilələri barədə razılığa gəliblər.
Xatırladaq ki, Ukrayna tərəfdaşları ilə birlikdə qış dövrü başlamazdan əvvəl hava hücumundan müdafiə avadanlıqlarına olan ehtiyacı təcili olaraq ödəməyin yollarını axtarır.
Xüsusilə, Almaniya Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərlə yardım göstərməklə bağlı Avropa müttəfiqləri və ABŞ ilə fəal danışıqlar aparır .
Ukrayna Xarici İşlər Nazirliyi vurğulayıb ki, dövlətin mülki infrastrukturu effektiv şəkildə qorumaq və qarşıdan gələn qışı keçirmək üçün "Patriot" sistemləri üçün azı 300 raketə ehtiyacı var.

Mənbə: www.bakupost.az